1 May 2017 16:13
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma rejimin təmsilçisinin beynəlxalq tədbirdə iştirakının qarşısı alınıb.

Bu haqda Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, mayın 5-dən 15-dək İspaniyada keçiriləcək Kosta Blanka Faşn Veek-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi iştirak edə bilməyəcək:

“Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edirdi. Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb. Benidorm şəhər icra hakimiyyətindən səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər