Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxildir.
Milli Məclisin sədri Oqtay Əsəsdov deyib ki, bu yaxınlarda Avropa Şurası Paralament Assambleyasında (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar qəbul edilib:
“Bu qərar doğru deyil. Türkiyə AŞPA-nın yaradılmasında ən çox rol oynayan dövlətlərdən biridir. Ancaq Türkiyəyə qarşı AŞPA-da məlum qərarın qəbulu ədalətli deyil”.
Daha sonra spiker sözügedən məsələ ilə bağlı çıxış etmək üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.
S.Seyidov da AŞPA-nın Türkiyəyə qarşı sözügedən məruzənin qəbul edilməz olduğunu söyləyib.
Xatırladaq ki, bu ilin aprelində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub.
Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.
Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.
Onu da bildirək ki, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.
Cavad