26 May 2017 16:49
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Mən 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika Birləşmiş Ştatlarının xalqı adından təbrik edirəm.

Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.

Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir.

Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm.

Səmimiyyətlə,

Donald C. Tramp".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər