Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, liderlər arasında ilk şəxsi danışıqlar ayaqüstü deyil, ayrıca söhbət kimi keçriiləcək.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi də görüşün formatı və mövzusu ilə bağlı məlumat yayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov formatın Amerika tərəfinin istəyinə uyğun olacağını bildirib:
"Amerika tərəfi necə təklif etsə, o formatda görüşəcəyik. Mövzusuna gəlincə, liderlər Ukrayna və Suriya böhranlarını müzakirə edəcəklər".