15 iyul çevriliş cəhdinin 1 nömrəsi danışdı: "Kaş..."
4 Avqust 2017 16:22
2 476
Türkiyədə 15 iyul çevriliş cəhdində hərbi qanadın 1 nömrəli şəxsi sayılan sabiq Hava Qüvvələri komandanı, ordu generalı Akın Öztürk məhkəmədə müdafiə çıxışı edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Akın Öztürk 46 illik aviasiya fəaliyyətində dəfələrlə əməliyyatlara qatıldığını deyib:
"Kaş əməliyyatların birində öləydim, amma bu gün belə haqsız ittihamla qarşılaşmayaydım".