Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Türkmənistan prezidentinin ölkəmizə səfərini şərh edərkən qeyd edib.
O vurğulayıb ki, hər iki türk dövlətinin prezidenti bir-biri ilə öz ana dillərində - Azərbaycan və Türkmənistan türkcəsində danışdılar və üçüncü dilin köməyinə ehtiyac olmadan anlaşdılar: “Azərbaycan Prezidenti İlham Əliyev də bu mühüm məqamı xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, bu səfər və əldə olunan nəticə Azərbaycanın böyük uğurudur və türk dünyası üçün strateji əhəmiyyət daşıyan hadisədir”.
Qeyd edək ki, dünən türkmən prezident Azərbaycana iki günlük səfərə gəlib.