14 Avqust 2017 13:12
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər