Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməmişik.
Teleqraf.com armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan məlumat verib.
Gənclərlə görüşən Ermənistan prezidenti onların suallarını cavablandırıb. Sual əsnasında o, nəinki sülhməramlıların yerləşdirilməsi, ümumiyyətlə, Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmadığını deyib:
“Mən sadəcə bir neçə sözlə təmas xəttindəki ümumi vəziyyəti izah etdim, qonşularımızın niyyəti barədə öz baxışımdan söz açdım. Sadəcə bu... Biz bu məsələni müzakirə etmədik”.