5 Sentyabr 2017 13:53
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın məşhur “Jamanak” qəzeti Gürcüstan hakimiyyətinin Ermənistanın yeni səfir qismində Sergey Minasyanın təyinatına etiraz etdiyini yazıb.

Teleqraf.com-un məlumatına görə, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan Gürcüstan hökuməti tərəfindən faktiki olaraq arzuolunmaz şəxs elan edilib.

“Jamanak” öz mənbələrinə istinadla yazır ki, Gürcüstan hakimiyyətində Minasyanın Ermənistanı deyil, Rusiyanı təmsil edəcəyinə dair ciddi şübhələr var və bu səbəbdən təkidlə onun səfir təyindan imtina edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər