6 Sentyabr 2017 12:35
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər görüş zamanı gələn il belə bir sammitin keçirilməsi üçün prezidentlərə təklif vermək barədə qərara gəliblər.

***

Türkiyə, Azərbaycan və Gürcüstanın siyasi məsələlərdə və beynəlxalq arenada fikirləri üst-üstə düşür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantıısndan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, TANAP layihəsi üzrə işlər Azərbaycan və Türkiyədə bitmək üzrədir. Nazir üç ölkənin iştirak etdiyi digər layihənin Bakı-Tbilisi-Qars olduğunu diqqətə çatdırıb. Elmar Məmmədyarov Türkiyədə dəmir yol xəttin tikintisi yaxın vaxtlarda başa çatacağını bildirib:

“Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər