Məşhur aktrisa, BMT-nin Qaçqınlarla İş üzrə ali komissarının xüsusi nümayəndəsi Ancelina Coli Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Qutterreşlə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, baş katiblə keçirilən görüşün səbəbi rəsmi şəkildə elan olunmasa da, Colinin Qutterreşlə qaçqınlar və miqrantlarla bağlı qlobal miqyasdakı böhranlı vəziyyəti müzakirə etdiyi bildirilir. Rəsmi məlumatda deyilir ki, BMT-nin Qaçqınlarla İş üzrə ali komissarının xüsusi nümayəndəsi Ancelina Coli dünyada öz evini tərk etməyə məhkum olan bütün insanlara kömək göstərmək üçün əlindən gələni etməyə və səy göstərməyə çalışır.