21 Sentyabr 2017 14:15
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirmişdi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi Moskva Ərdoğanın bu sözlərini təsdiqləyib.
Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı açıqlama verib:

“İki ölkə liderinin görüşünə ciddi hazırlıq görülür”.

Türkiyə mediası isə liderlərin gələn bazar ertəsi baş tuacaq telefon danışığı zamanı hansı məsələləri müzakirə edəcəyi ilə bağlı məlumat əldə edib.

Bildirilib ki, Ərdoğan Putinlə Rusiya-Türkiyə-İran arasındakı Suriya razılaşmasını, S-400 sistemlərinin alqı-satqısını, İraq Kürdüstanında planlaşdırılan referendumu, iqtisadi məsələləri, o cümlədən “Türk axını” layihəsini, türk pomidorunun Rusiyaya ixracını müzakirə edəcəklər.


Müəllif: Samir

Oxşar xəbərlər