Rusiyanın Soçidə keçiriləcək Suriya toplantısına kürdləri dəvət etməsi məsələsinə Türkiyədən ilk reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Baş nazirinin müavini İbrahim Kalın danışıb:
“Qəbul etməyimiz əsla mümkün deyil. PYD və YPG terror təşkilatının üzvü olmayan kürdlərin dəvət edilməsində problem yoxdur. PYD/YPG terror təşkilatıdır. Bununla bağlı mövqeyimizi dərhal Rusiya tərəfinə çatdırdıq”.