29 Noyabr 2017 13:58
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:49

Prezident İlham Əliyev noyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

***

13:58

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Məlumata görə, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz iki ölkə arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib.

Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirib ki, bu, ölkəsinin strateji qərarıdır. O qeyd edib ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev iki ölkə arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu deyib. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd edib və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulanıb və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər