6 Dekabr 2017 20:22
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

Görüşə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər