11 Dekabr 2017 15:30
519

Türkiyə özünə güvənən və inanan heç kimi xəyal qırıqlığına uğratmayıb. Bizimlə olanlar həmişə qalib gələcəklər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Dünya İnsan Haqları günü münasibətilə min ildən çoxdur öz torpaqlarında zülmlə yaşayan Fələstin xalqına salam göndərib:

“Qüdsdə baş verən vandallığın və zülmün davam etməsi mümkün deyil. Qüdsdə hər daşın ayrı hekayəsi var. Bu gün özlərini Qüdsün sahibi hesab edənlər vaxt gələcək ki, gizlənməyə ağac tapmayacaqlar”.

Ərdoğan ABŞ Prezidenti Donald Trampı Qüdsdəki çaxnaşmalarda günahkar hesab edib:

“ABŞ verdiyi bu qərarla Qüdsdə tökülən qana ortaq oldu. Biz bu qərarı tanımayacağıq. Trampın açıqlaması bizə aid deyil. Qüdsə aid deyil. İslam dünyasına aid deyil. Sən çaldığına özün oynayacaqsan. 1967-ci il sərhədləri tanınmayanadək mübarizəmizi davam etdirəcəyik”.


Müəllif: Samir