18 Dekabr 2017 18:12
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini Komitəsinin sədri, professor Usəmə əl-Əbdüllə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə S.Nəsirov Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Diaspor rəhbəri Azərbaycanın əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən söhbət açan S.Nəsirov iki xalq arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb.

Usəmə əl-Əbdül isə azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən bəhs edib. O, hər zaman dost Azərbaycan xalqının yanında olduğunu və bundan sonra da iki xalq arasında dostluğun möhkəmlənməsinə çalışacağını bildirib.

Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək Misirdə fəaliyyət göstərmiş 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı komitə sədrinə hədiyyə edib.

Qeyd edək ki, Misir parlamentinin Vəqflər və Dini Komitəsinin sədri Usəmə əl-Əbdül dekabrın 21-də Bakıda keçiriləcək “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər edəcək.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər