19 Dekabr 2017 10:12
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu Qüdsün statusu ilə bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən müzakirələr zamanı ABŞ tərəfinin atdığı addımı dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, o, fikirlərini Tvitterdə paylaşıb.

Netanyahu BMT TŞ-nın Qüdsün statusunun dəyişdirilməsinin tanınmaması qərarına ABŞ-ın veto qoymasını alqışlayıb:

“Buna görə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli və Prezident Donald Trampa təşəkkür edirəm. Siz həqiqət işığını yandırmaqda bizə yardım etdiz. Həqiqət yalana qalib gəldi”.


Müəllif: Samir

Oxşar xəbərlər