10:20
Bakıda Xarici İşlər naziri Elmar Məmmədyarovun iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü başlayıb.
Teleqraf.com xəbər verir ki, nazirlər hər iki tərəfin ölkələr arasında dostluq və yaxşı qonşuluq əlaqələrini inkişaf etdirmək üçün davamlı səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, təkbətək görüşdən sonra Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.
***
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başlayıb.
Nazirlər Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Görüşün yekununa dair Bakı Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.