26 Dekabr 2017 14:20
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Rusiya müxalifətinin lideri Aleksey Navalnının namizədliyinin qeydə alınmamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Saakaşvili bununla bağlı Feysbuk hesabında fikirlərini bölüşüb:

“Rusiya Prezidenti Vladimir Putin yeganə güclü rəqibini yalan ittihamlarla seçkilərdən uzaqlaşdırdı. Poroşenko da mənə münasibətdə bu hərəkəti etmək istəyir. Putin Navalnının efirdə göstərilməsini qadağan edib. Məni də Ukraynada göstərən kanallar daim problemlərlə qarşılaşır. Poroşenko Ukraynanın Mazepa və ya Xmelnitskisi, hətta Avropanın Çörçili ola bilərdi. Ancaq o, Putin olmağa çalışır”.


Müəllif: Samir

Oxşar xəbərlər