26 Dekabr 2017 23:48
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Suriya, Şimali Koreya mövzuları ətrafında, eləcə də ikili münasibətlər barədə müzakirələr aparıblar.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda görüşdə Koreya yarımadasında baş verən hadisələr, Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi və iki ölkə arasındakı əlaqələr ətrafında fikir mübadiləsi aparıldığı vurğulanıb.

Həmçinin Suriya hökuməti və müxalifəti arasında ön şərtlər olmadan Cenevrədə birbaşa danışıqların aparılması istiqamətində mümkün addımlar haqda danışılıb.

Tərəflər Şimali Koreya tərəfindən nüvə silahlarının istehsalının BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğu barədə həmfikir olduqlarını bəyan ediblər. Lavrov ABŞ tərəfindən Şimali Koreyaya qarşı təcavüzkar ritorika və bölgəyə yönəlik hərbi hazırlıqların qəbuledilməz olduğunu deyib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər