29 Dekabr 2017 18:05
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sudan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Müəllif: Teleqraf.com