12 Fevral 2018 19:14
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən APA-ya bildirilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər