19 Fevral 2018 13:54
3 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Münhen şəhərində keçirilən 54-cü Beynəlxalq Təhlükəsizlik Konfransında Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qayt Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” hərəkatından danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin bu fəaliyyətini tənqid edib:

“Hər zaman Türkiyənin davranışlarını anlamağa çalışıram. Türk dostlarıma, qardaşlarıma səslənirəm ki, sərhədiniz cənubundakı bir Ərəb ölkəsinə müdaxilə etdiyinizi anlamalısız. Bu şəkildə hərəkətə keçməzdən əvvəl ideyalarınızı ortaya qoymağınız gözlənilir”.

Baş katibin bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib:

“Biz Suriyada terror təşkilatı ilə mübarizə aparırıq. Xalqımızı və sərhədimizi qorumaq beynəlxalq hüquqa zidd deyil. Ərəb Birliyi Suriyada baş verənlərə səssiz qalır. Siz öz sisteminizdən bəhs edirsiz. Sisteminiz bir üzv ölkənizin liderinin yarım milyon insanı öldürməsinin və kimyəvi silah istifadə etməsinin qarşısını ala biləcək qədər güclü deyil…”


Müəllif: Samir

Oxşar xəbərlər