22 Fevral 2018 10:00
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının bu gün təcili toplantısı keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Küveytin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Toplantı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İclasda Suriyanın Şərqi Quta bölgəsində dinc sakinlərə qarşı hücumların qarşısının alınması üçün tədbir görülməsi məsələsi müzakirə ediləcək. Humanitar məsələlərin koordinasiyası üzrə idarənin nümayəndəsi məruzə ilə çıxış edəcək.

Bundan başqa, toplantıda Suriyada 30 günlük humanitar fasilənin tətbiqi məsələsi səsverməyə çıxarılacaq.


Müəllif: Samir

Oxşar xəbərlər