Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycana rəsmi səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, İ.Rəhmanın bu il Azərbaycana səfəri gözlənilir:
"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".
Diplomat səfərin dəqiq tarixini açıqlamayıb.