26 Fevral 2018 17:08
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs elan edilməsi ilə bağlı qəbul etdiyi qərarın icrası mümkün deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, qərarın icrası üçün Suriyadakı bütün münaqişə tərəfləri razılığa gəlməlidir.

Sergey Lavrov əlavə edib ki, atəşkəs qərarı İŞİD, Nüsrə Cəbhəsi və onlara yardım edənlərə qarşı aparılan mübarizəyə aid deyil.


Müəllif: Samir

Oxşar xəbərlər