Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz əs Səudun dəvəti ilə Livan Baş naziri Saad Həriri bu ölkəyə səfər edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Həriri səfər çərçivəsində Kral Salman və vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək.
Görüşlərdə müzakirə olunacaq məsələlər açıqlanmır.
Qeyd edək ki, Həririnin Səudiyyəyə ötən il noyabrın 4-də baş tutan son səfəri böhrana səbəb olmuşdu. Riyada gedən Həriri istefa etdiyini açıqlamış və ölkəsinə dönməkdən imtina etmişdi. Bəzi mənbələr Livan baş nazirinin Səudiyyə rəhbərliyi tərəfindən bu addımları atmağa məcbur edildiyi bildirilmişdi.