Türkiyə Xarici İşlər Nazirliyi Emmanuel Makronun Ankara ilə PYD arasında vasitəçi olmaq fikrinə qəzəblənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Fransanı ikili standartlar aparmaqda ittiham edib:
“Sən kimsən ki, vasitəçilik edirsən? Bir ölkənin vasitəçi olması üçün əvvəlcə etibarlı və tərəfsiz olması vacibdir”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron açıqlamasında PYD silahlılarına dəstəyini aşkar etiraf edib:
“Kürdlərə dəstək vədi və müvafiq zəmanət vermişik. Suriya Demokratik Qüvvələri və Türkiyə arasında vasitəçi olmaq istəyirik”.