Dünən Rusiya Prezidenti Vladimir Putin Ankaraya 2 günlük səfərə gəlib. Səfər çərçivəsində Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və “Akkuyu” atom elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Daha sonra liderlər ikitərəfli görüş keçirib və vacib sənədlər imzalanıb. Bununla da, Rusiya Türkiyə üçün Almaniya və Çindən sonra üçüncü böyük ekspert bazarı olub. Türkiyə isə Rusiyanın xarici iqtisadi əməkdaşları siyasıhısında 7-ci pilləyə yüksəlib.
Putin Ankarada çıxışı zamanı bu sözləri deyib:
“Nüvə enerjisi sahəsində qarşılıqlı əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün biz Ərdoğanla “Akkuyu” AES-in təməlini qoyduq. Əsas vəzifəmiz budur ki, 2023-cü ildə Türkiyə Respublikasının 100 illik yubileyində bunun tikintisini yekunlaşdıraq. “Türk axını” qaz kəməri layihəsinin inşası üzrə işlər davam etdirilir. Tezliklə layihənin quru hissəsinin tətbiqinə hazırlıq başlayacaq. Bu, Türkiyə kimi bəzi cənub-şərqi Avropa ölkələrində qaz bazarını artırmağa imkan verəcək.
Əlbəttə, Rusiya və Türkiyə arasında hərbi texniki sahədə əməkdaşlıq məsələsini də müzakirə etdik. Türkiyəyə S-400 hava hücumundan müdafiə sisteminin verilməsi iki ölkə arasında hərbi əməkdaşlığın əsasını təşkil edir. Ərdoğanla görüşdə S-400 sistemlərinin Türkiyəyə təhvil verilməsi müddətinin azaldılmasına qərar verdik. Hökumətlərarası komissiyanın toplantısında Rusiyanın modern silahlarının Türkiyəyə satılması mövzusunda razılığa gələcəyimizi düşünürəm”.
Vladimir Putinin prezidentliyi dövründə Rusiya əhəmiyyətli bir oyunçu halına gəldi, Çin də öz mövqeyini möhkəmləndirdi. ABŞ isə Donald Trampın cəhdlərinə baxmayaraq, hazırda qeyri-müəyyənlik dövrünü yaşayır. Onun siyasəti dəhşətli müharibələrin getdiyi dünya üçün daha da böyük problemlər yaradır. Avropa Birliyi isə bu kimi problemlərin arasında ikinci plana keçdi və dünya arenasında rolunu itirdi.
Bu dəyişikliklər fonundan Türkiyə bölgədə təsirli bir gücə çevrildi. Ərdoğanın yardımı ilə Türkiyə iqtisadiyyatını və həyat səviyyəsini daha da gücləndirib. O, hazırda bölgədə öz siyasətini diktə edir. Bu görünüş əcnəbi güclərin xoşuna gəlmir. Onlar Türkiyəni manipulyasiya etməyə adətkardırlar. Elə buna görə də, onlar Ərdoğanı bir neçə dəfə devirməyə çalışdılar. Amma o, əvvəl baş nazir, daha sonra isə prezident seçildi.
Putin Qərbdəki güclərin təzyiqlərinə baxmayaraq, Rusiyanın dünya xəritəsinə qaytardı. Ərdoğan Türkiyənin regionun əsas gücünə çevirdi. Bax buna görə də, hər iki dövlət Qərbin əsas hədəfinə çevrildi.
Türkiyə və Rusiya əsas müttəfiqlər oldu və buna görə 2015-ci il noyabrın 24-də rus Su-24 qırıcısının vurulması ilə başlanan böhran uzun çəkmədi. Rusiya “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatları ilə əlaqədar türk ordusu üçün Suriya hava sərhədlərini açdı. Bununla Türkiyə regionu terrorçulardan təmizləməyə nail oldu.
Türkiyənin köməyi ilə Rusiya Suriya böhranının həlli tapdı, Astana və Soçi görüşləri baş tutdu.
Putinin Ankaraya səfərinin əsas məqsədi Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqdır. Bundan başqa, Putin Suriya məsələsində Ankara ilə müttəfiqliyi qoruyub saxlamaq niyyətindədir.