17:15
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb.
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədalətlidir, beynəlxalq hüquqi əks etdirir”, - deyə dövlət başçısı vurğulayıb.
***
"Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq" - Prezident deyib.
Azərbaycanın bu dövrdə VI Qlobal Bakı Forumuna, Qoşulma Hərəkatı xarici işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini bildirən dövlət başçısı deyib ki, bu dövrdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər edib.
***
"İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”, - İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub: “Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.
***
İlham Əliyev deyib ki, 2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək.
Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqro parkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev bundan əlavə, turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik stansiyalarını tikilməsi, içməli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib.
***
“2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək”, - Prezident qeyd edib.
Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqroparkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev bundan əlavə, turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik stansiyalarını tikilməsi, içməli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib./APA/