27 Aprel 2018 18:35
3 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın dövr üçün Ermənistanda hakimiyyət təlatümü müşahidə olunacaq. Bunun altından necə çıxacaqlarını demək hələlik çətindir. Ancaq o bəllidir ki, yaxın dövrdə bizim danışıqlar aparmağımız üçün erməni tərəfindən portnyorumuz olmayacaq.

Bu fikirləri Teleqraf.com-a Ermənistanda müşahidə olunan siyasi böhranın və onun mümkün nəticələrini şərh edən politoloq Rasim Musabəyov deyib.

Siyasi təhlilçi bildirib ki, indi Ermənistanda hakimiyyət öz ənənəsinə sadiq qalaraq Qarabağ dığasını ortaya salmaq niyyətində olacaq:

“Bizim də onları rədd etməkdən savayı yolumuz qalmayacaq”.

Rasim Musabəyov bildirib ki, hazırda ermənilərin qəhrəmanına çevrilən Nikol Paşinyan Nemət Pənahlı tipli siyasətçidir:

“Hər kəs də anlayır ki, ona hakimiyyət vermək qeyri-mümkündür. Onun nə komandası var, nə iqtisadiyyatdan, nə dünya siyasətinə dair qəbul ediləcək siyasi baxışları.

Hazırda erməni siyasətçiləri düşünürlər ki, yaranan vəziyyətin altından necə çıxsınlar. Düşünmürəm ki, Paşinyanı parlamentdə baş nazir seçsinlər. Əgər parlament yeni baş nazir seçməsə, bu zaman parlament buraxılmalıdır. Bu zaman da Karen Karapetyan yeni parlament seçkilərinə qədər baş nazir səlahiyyətini icra edən şəxs kimi qalacaq. İndi vəziyyətdən çıxış yolunu axtarırlar”.

Politoloq əlavə edib ki, Rusiya ona sadiq olan qüvvələr hakimiyyətdən getməməsi üçün çalışır:

“Moskvanın bunu bacaracağı və ya bacarmayacağı artıq ayrı məsələdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər