1 May 2018 12:29
3 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” , “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihələri Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, Konstitusiya qanunu layihələri barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan Konstitusiyasında dövlət himni, gerbi və bayrağı ilə bağlı tələblər əks olunub. Konstitusiya tələb edir ki, dövlət rəmzləri Konstitusiya ilə təsdiq edilsin: “Dövlət bayrağının təsviri ilə bağlı yenilik yoxdur. Gerbin sxematik təsvirində rənglərlə bağlı dəyişiklik var. Himnin sözləri və musiqisində heç bir dəyişiklik yoxdur. Sadəcə himnin musiqisi çoxsəsli vokal instrumental əsərikimi təqdim edilib”.

Qanun layihələri səs qoyularaq qəbul edilib.


Müəllif: Gülxar