28 İyun 14:10
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ankarada daha bir tarixi müqavilə imzaladıq. Təxminən 16 milyar lirə dəyərində layihə dəstəyi və qrantları ehtiva edən Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin İqtisadi və Maliyyə Əməkdaşlıq sazişi bəlkə də tarixin ən böyük protokolu oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Ankara səfəri barədə danışarkən deyib.

Baş nazir iki qardaş ölkə olan Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib:

"Xalqım adından sazişin hazırlanmasında əməyi keçən hər kəsə, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və vitse-prezident Cevdet Yılmaza təşəkkür edirəm. Müqavilə Şimali Kipr Türk Cümhuriyyəti xalqına xeyir gətirəcək. Ölkələrimiz arasındakı münasibətlər təkcə maliyyə deyil, həm də həyati əhəmiyyət kəsb edir. Bizə verilən layihə dəstəkləri ilə yanaşı, Türkiyənin varlığı ilə Kipr Türk xalqına verdiyi güvən hissi heç vaxt rəqəmlərlə ölçülə bilməz. Ona görə də Ana Vətənimizə, millətimizə bir daha təşəkkür edirəm.

Ana vətən Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti xalqları bir-birinə sevgi, hörmət, inam və qardaşlıq hissləri ilə sıx bağlıdır".

Baş nazir vurğulayıb ki, Türkiyə ilə imzalanan protokollar sayəsində Lefke, Karpaz, Girne Alsancak dairə yolu layihələri başa çatıb: "Ercan hava limanı istifadəyə verilib. Kənd təsərrüfatı, sənaye və təhsil sahələrində ciddi inkişaf başlayıb. Yeni məktəb layihələri həyata keçirilib. İnanıram ki, Türkiyənin böyük dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyəti dünyanın nüfuzlu dövlətləri arasında layiq olduğu yeri mütləq tutacaq və xalqımız hər cür zorakılığa qarşı apardığı mübarizədən haqlı qələbə ilə çıxacaq. İllərdir davam edən embarqolara qarşı mübarizədən zəfərlə çıxacaq. Vəzifədə olduğu müddətdə öz qətiyyətli mövqeyi və Kipr türk xalqına dəstəyi və köməyi ilə dünyada dövlətimizin uca səsi olan Prezident Rəcəb Tayyib Ərdoğana xalqım adından səmimi təşəkkürümü bildirirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər