3 İyun 2018 15:17
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri, Rifah Partiyasının qurucusu Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan siyasətə qayıtdığını elan edib.

Teleqraf.com xəbərinə görə, Fatih Ərbakan iyul ayında yeni partiya quruculuğuna başlayacağını, sentyabrda qurultay keçiriləcəyini, 2019-cu ilin martında isə bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib.

Bu barədə Fatih Ərbakan Manisada Ərbakan Dərnəyinin təşkil etdiyi iftar süfrəsində bildirib.

“İslam cihad dinidir. Ölkəmizin problemlər qarşısında lazım gələn addımları atmalıyıq. Nəsməddin Ərbakanın çdığı yolu davam etdirmək üçün lazım olan addımları atmaq məcburiyyətindəyik. Ədalət, rifah hüzur, sülh, insan haqlarının istədiyimiz kimi olması üçün Ərdakan müəllimimizin getdiyi yolla irəliləməliyik. Milli görüş təmsilçiləri doğruya yaxın, səhvlərdən uzaq olmalıdır. Milli görüşü haqqı ilə təmsil edə bilməyənlərdən xilas etməyin zamanı çatıb. Milli görüşü siyasi çərçivədə haqqı ilə təmsil etməyin vaxtı çatıb”,-deyə Fatih Ərbakan bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər