9 İyun 2018 12:31
3 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Nurəddin Canikli İraqın şimalında aparılan əməliyyatlar zamanı 500 terrorçunun məhv edildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, NATO müdafiə nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb: “Terrorçuların kökünün kəsmək üçün nə lazımdırsa edirik”.

Müdafiə naziri Pentaqonun Menbiçlə bağlı söz verdiyini vurğulayıb:

“Menbiçlə bağlı iki ölkənin yol xəritəsinin planlaşdırılan kimi həyata keçirilməsinə maneə olmayacaq. Görüşlər zamanı bunu açıq şəkildə söylədilər. Bu bizim üçün çox mühümdür. Əvvəllər də Menbiçlə bağlı söz vermişdirlər, amma yerinə yetirmədilər. Ümid edirik, bu dəfə sözlərinin üstündə duracaqlar”.

Nazir həmçinin Türkiyədə qurulacaq S-400 sistemi barədə də danışıb:

“Türkiyədə yerləşdiriləcək S-400 sistemi F-35 təyyarələri də daxil olmaqla heç bir halda NATO-nu narahat etməyəcək, onlar üçün təhdid və təhlükə yaratmayacaq. Bununla bağlı NATO-ya qarantiya verdik.

F-35 layihəsi kommersiya müqaviləsidir. ABŞ-ın başçılığı ilə bir çox NATO ölkəsi bu layihədə iştirak edir. Bu günə qədər Türkiyə layihəylə bağlı öhdəliklərini vaxtında yerinə yetirib. 800 milyon dollardan çox ödəniş etmişik.

Ümumilikdə, 100 təyyarənin alınması nəzərdə tutulub. Bu, Türkiyəyə 11 milyard dollardan başa gələcək".


Müəllif: Ruslan