Milli Məclisin deputatı Tahir Mirkişili Dortmund Texniki Universitetinin riyaziyyatçıları və proqramçılarının Rusiyada keçirilən futbol üzrə dünya çempionatının nəticələrini qabaqcadan söyləyə bilən neyron şəbəkəsi yaratdıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, deputatın sözlərinə görə, hesablama alqoritmi üçün sistem yığma komandaların son 12 ildəki oyunlarının göstəricilərindən istifadə edib.
Tahir Mirkişili qeyd edib ki, neyron şəbəkəsinin hesablamalarına əsasən mundialın builki qalibi böyük ehtimalla Almaniya olacaq.