Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.
Teleqraf.com xəbər verir ki, bundan başqa, Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.
Xatırladaq ki, daha öncə qəbul edilmiş sanksiyalara baxmayaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti öz işini yenidən Səməd Seyidovun rəhbərliyi altında davam etdirəcək.