17 Avqust 2018 22:35
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycanda səfərdə olub və ölkəmiz haqqında yeddi müxtəlif səpkili veriliş hazırlayıb.

“Con Batçelor Şou”da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub.

Radioverilişdə Con Batçelor Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat verib, verilişdən sonra cəbhə xəttinə yaxın olan Tərtər rayonuna səfər edəcəyini bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov amerikalı dinləyicilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, münaqişənin həlli istiqamətində atılan addımlardan danışaraq deyib: “Biz artıq neçə illərdir ki, danışıqlar aparırıq. Təəssüf ki, hələlik uğurlu nəticə əldə edilməyib. Lakin insanlar sülhün necə əldə oluna biləcəyini başa düşürlər. Biz Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünəcəyinə ümid edirik”.

Con Batçelor qeyd edib ki, Ermənistanın inkişaf yollarından biri də Azərbaycandan başlayan və Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinə qoşulmaq olardı. Lakin Ermənistan bu münaqişəni həll etmədiyi üçün öz vətəndaşlarının gələcəyini təmin edə bilmir. Xüsusilə də gənc ermənilər inkişaf olmadığı üçün ölkələrini tərk etmək məcburiyyətindədir. Ermənistan hələ də XX əsrdə qalıb. O, Sovet İttifaqı dağıldıqdan sonra yaranan xaosda ilişib qalıb.

Elin Süleymanov vəziyyətin belə olduğunu təəssüf hissi ilə qeyd edib. “Məsələ təkcə dəmir yolunda deyil, avtomobil yolu, neft-qaz boru kəmərləri və digər layihələr də buraya daxil edilə bilər. Sülh özü ilə dividendlərini də gətirəcək”,-deyə diplomat vurğulayıb.

Qeyd etmək lazımdır ki, C.Batçelor öz gündəlik canlı yayımlarını Gəncədə yerləşən Kəpəz TV və radiosunun studiyasından, Bakıda isə Xəzər TV və radiosunun studiyasından Nyu-Yorka bağlanmaqla həyata keçirib və bu faktı fəxrlə öz auditoriyasına dəfələrlə çatdırıb.

/Azertac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər