15 Sentyabr 2018 22:31
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakının eser-menşevik, erməni-daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi münasibətilə təbrik ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, Mövlud Çavuşoğlu özünün Tvitter mikrobloqunda bu barədə paylaşım edib.

“Bakının Qafqaz İslam Ordusu tərəfindən azərbaycanlı qardaşlarımızla birlikdə azad olunmasının 100 illiyini təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Nərgiz


Müəllif: Nərgiz

Oxşar xəbərlər