20 Sentyabr 2018 17:18
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putindən gözlənti özünü doğrultmadı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyadan olan ekspertlərin Qarabağla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir:

“Rusiyada hansısa ekspert “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır” deyirsə, bundan Rusiya hakimiyyətinin də belə düşündüyü nəticəsinə gəlmək düzgün deyil. Yaxud Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hər gəlişini “münaqişənin həllində sona yaxınlaşıldı” kimi başlıqlarla süsləmək də ictimaiyyəti yanlış ümidləndirmək deməkdir.

Biz belə olmasını istəyiriksə, bu heç də o demək deyil ki, Rusiya da belə istəyir.

Putin hakimiyyətə gəldiyi gündən bu yana Rusiyanın Qarabağla bağlı son qərar verəcəyi ilə bağlı ümid dolu xeyli başlıq oxudum, heç biri reallaşmadı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər