14 Oktyabr 2018 01:17
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sərkisyan həftənin əvvəlində Moskvada olub və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Ancaq bu barədə nə Rusiya, nə də Ermənistan mənbələri xəbər yayıb. Faktiki bu görüş yarıgizli xarakter daşıyıb. Armen Sərkisyan Moskvaya Nyu-York və Parisdəki görüşləri bitirdikdən sonra gedib. Maraqlı trayektoriyadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məlumat yayıb.
Onun sözlərinə görə, söhbət ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 dövlətə ziyarətdən gedir: “Armen Sərkisyan ABŞ Dövlət katibi Mayk Pompeo və tanınmış siyasi ekspert və keçmiş dövlət xadimi Henri Kissincerlə də görüşüb. Əlbəttə, Armen Sərkisyan xarici siyasət məsələlərində ölkəsinin baş naziri Nikol Paşinyandan daha tərcübəlidir, illər uzunu Böyük Britaniyada səfir işləyib, bundan əvvəl isə nəhəng şirkətlərdə müşavir vəzifəsində çalışıb, üstəgəl Kembric Universitetində dərs deyib”.

Politoloqun fikrincə, onun bu səfərləri Ermənistanın mürəkkəb geosiyasi durumdan xilas etmək məqsədi daşıyır: “Ancaq nə Mayk Pompeo, nə də Sergey Lavrov Ermənistan prezidenti ilə görüşlərinə dair heç bir ipucu verməyiblər”.
Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər