22 Oktyabr 2018 23:49
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Rusiya və Azərbaycanı bir-birinə yaxınlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyada nəşr olunan “Exo Kavkaza” qəzetinin siyasət yazarı, politoloq Leyla Əliyeva deyib.

Politoloq hesab edir ki, Ermənistandakı siyasi dalğalanma, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində milli maraqlarını təmin etməyə imkan yaradır:
“Bu, eyni zamanda, Azərbaycanın Qərb və Rusiya arasında balansı qorumasına da imkan verir. Bundan istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq mümkündür. Yəni, Ermənistanda baş verən dəyişiklik bir çox problemləri həll etməyə imkan verir”.

Lakin Leyla Əliyeva Rusiyanın öz taktikasından uzaqlaşacağına inanmadığını da diqqətə çatdırıb: “Amma münaqişənin həlli üçün Qərblə münasibətlər ciddi rol oynaya bilər, çünki Rusiya ilə strateji məsələlər baxımından ciddi bir yaxınlaşma yoxdur. Yaxınlaşma əsasən mədəniyyət sahəsindədir, amma bəzi ittifaqlara daxil olmaq haqqında müəyyən məlumatlar yayılır. Buna görə də Qərblə inkişaf etmiş ticarət əlaqələrini nəzərə alsaq, Rusiya ilə dil tapmağın mümkünlüyünə də inanıram. Lakin bunu etmək də o qədər asan deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər