13 Noyabr 2018 22:25
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.

Dövlətimizin başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir. Dövlətimizin başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirdi.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq etdi. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğuladı. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu dedi. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd etdi və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğuladı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər