Güney Azərbaycanın Sulduz şəhərini İranın futbol üzrə Super Liqasının III dəstəsində təmsil edən “Sulduz” klubu yarışlardan uzaqlaşıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın ciddi maliyyə çatışmazlığı ilə üzləşməsi olub.
Bu barədə klub rəhbərliyinin yayımladığı açıqlamada deyilir:
“Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun, Sulduz!”
Təəssüfümüzü bildirərək bəyan edirik ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik!”
“Sulduz” klubunun baş məşqçisi Fərzad Həmidi də bundan əvvəl komandanın ciddi maliyyə problemi ilə üzləşdiyini açıqlamışdı.
O, klubun aidiyyəti qurumların dəstək verməməsinə görə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını demişdi.