10 Dekabr 2018 12:34
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan öz hakimiyyətini gücləndirmək imkanı əldə etdi.

Bunu Teleqraf.com-a millət vəkili Asim Mollazadə deyib.

O hesab edir ki, Nikol Paşinyan öz hakimiyyətini qorumaq üçün qarşıya qoyulan vəzifələri yerinə yetirməlidir:

“Paşinyan öhdəliklərini yerinə yetirməlidir. Düşünürəm ki, o, xalqa verdiyi vədləri yerinə yetirə bilməsə, hakimiyyəti uzun çəkməyəcək. Buna görə də həmin vədləri yerinə yetirməyə çalışacaq”.

Asim Mollazadə Ermənistanın yeni hakimiyyətinin Rusiya ilə ikitərəfli münasibətlərə yanaşmasını da şərh edib: “Nikol Paşinyan yaxşı başa düşür ki, Ermənistanın mövcudluğu Rusiya ilə bağlıdır. Yəni, Ermənistanın taleyi onu yaradan Rusiyadan asılıdır. İnanmıram ki, bu faktları nəzərə alan Paşinyan Rusiyaya qarşı sərt addımlar atmağa cəhd edəcək”.

Qərb-Ermənistan münasibətlərinin perspektivi haqda fikrini açıqlayan millət vəkili əlavə edib: “Hesab etmirəm ki, belə bir qarışıq situasiyada Qərb Ermənistan məsələsinə qarışacaq”.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilən növbədəkənar parlament seçkilərində hazırkı hökumət başçısı Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər