26 Dekabr 2018 14:11
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmkarım Qüdrət Həsənquliyevin son müraciətini olduqca vacib və əhəmiyyətli hesab edirəm. Fikrimcə, heç bir halda qız uşaqlarının təhsildən yayındırılması hallarına imkan vermək olmaz”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, professor Fəzail İbrahimli millət vəkili Qüdrət Həsənquliyevin qız uşaqlarının təhsildən yayındırılması hallarına qarşı ciddi tədbirlərin görülməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə etdiyi müraciəti şərh edərkən deyib.
Professor deyib ki, Qüdrət Həsənquliyevin son müraciəti və çağırışına qoşulur:
“Sirr deyil ki, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycana marağı, bu maraqlar altında gizlənən məkrli niyyətlər müxtəlif istiqamətlərdə özünə yol açır. O cümlədən də bizim dinimizə, əxlaqımıza və mənəviyyatımıza böyük hücumlar var. Bu, birmənalıdır. Biz özümüzü Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən qorumalıyıq. Qərb bizim mili ruhumuza, mədəniyyətimizə və varlığımıza yad olan ünsürləri yeritmək istəyir. Ən çətin və qorxuncu odur ki, islam dini bayrağı altında müxtəlif cərəyanlar həm islamı parçalamağa, həm islam əxlaqını dəyişməyə, həm də içəridə böyük problemlər yaratmağa hesablanan proqramlarla çıxış edirlər. Bu qorxunc tendensiyadır. Bu mənada Qüdrət Həsənquliyevin fikir və çağırışları yerindədir.
Hesab edirəm ki, dünyanın bir çox ölkələrində sivilizasiyanın sürətlə inkişafı dövründə islam mədəniyyətinə, islam demokratiyasına deyil, islam ehkamlarına söykənən cərəyanlar öz işlərini görürlər. Bu mənada qız uşaqlarının məktəbdən yayınması, onların müəyyən qədər qapalı həyata məcbur edilməsi, bəzən inandırma yolu ilə buna alışdırılması qorxunc tendensiyalardır. Hesab edirəm ki, bu haqda düşünməyə dəyər. Qız uşaqlarına daha ciddi təhsil verilməsi üçün əlimizdən gələn hər şey edilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər