17 Aprel 2019 08:43
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı təşkilatın başqanı Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib.

Teleqraf.com xəbər verir ki, Yadigar Sadıqlı Feysbukda Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə onu satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış getdiyini yazıb.

Onun sözlərinə görə, Arif Hacılı söz verdiyi kimi, mübarizəni müxalifət daxilindən çıxardı: “Amma hakimiyyətə qarşı yox, partiya daxilinə yönəltdi. Arif Hacılının admin olduğu qrupda mənə üç gündür böhtanlar atılır. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız. 3 ildə Arif Hacılını çox gözəl tanıdım”.

Musavat funksioneri hesab edir ki, Müsavatın nüfuzu darmadağın olub: “Müsavatın gücünü çoxdan bitirmisiniz. Bu gün "Müsavat güclənir" deməklə deyil. Novxanıdakı tədbirə Frankfurtdakından az adam gəlir. Reallığa qayıdın”.

O, müsavatçıların statusu silməsi ilə bağlı təkliflərə belə cavab verib: “Müsavatçılar qrupdakı böhtanlara qarşı susmasaydılar, bu status yazılmazdı. Təəssüf ki, böyük əksəriyyət səsini çıxarmağa qorxur. Hələ hərdən mənə qarşı “separatçı” ittihamları da olur”.


Müəllif: Leyla

Oxşar xəbərlər