20 May 2019 21:53
3 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jirinovski təsadüfən demədi ki, “Rusiyanın qubernatoru ya Tiflisdə, ya da Bakıda oturacaq”. Hansı ki ötən sərin 20-ci illərində Zaqafqaziya Federasiyası qurmuşdular, indi də 2020-ci ildə bu ittifaqı yaratmaq istəyirlər. Həmin dövrdə Ermənistan vasitəsilə Azərbaycanı dağıtmışdılar, 100 ildən sonra da bu siyasəti yürüdürlər”.

Politoloq Cümşüd Nuriyev belə düşünür. C.Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi İrəvanda etirazlara səbəb oldu. Sizcə, Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi bu etirazlar Ermənistan üçün hansı nəticəni verəcək?
- Bu, Paşinyanın növbəti fırıldağından başqa bir şey deyil. Guya baş nazir məhkəmə sisteminə nəzarət etmir? Bu, məntiqsiz söhbətdir. Sadəcə olaraq, Paşinyan erməni xislətindən yararlanır. Bir tərəfdən Rusiyanın tapşırığı ilə Köçəryanı azadlığa burxır, digər yandan da öz imicini korlamamaq üçün arxada olan razılaşmanı gündəmə gətirib insanları məhkəmələrə girişi bağlamağa çağırır. Bunu həm də gələcək üçün nəzərə tutur ki, “mənə qarşı hansı addım atılsa, əlimdə buna cavab verəcək terror vasitəsi var”.

Amma bu proses vəziyyəti dəyişməyəcək. Köçəryan daha çox Qarabağla bağlı olduğuna görə, onu zərərsizləşdirmək istəyirlər, amma bu, Rusiyaya sərf etmir. Rusiya Qafqazı əlindən buraxmaq istəmir. Buna görə də, hakimiyyətdə Paşinyanın, yaxud Köçəryanın olmasının fərqi yoxdur. Nə qədər ki, Rusiya bu niyyətindən əl çəkməyib, Qarabağ münaqişəsi həlsiz – dondurulmuş vəziyyətdə qalacaq.

- Köçəryanın azadlığa buraxılmasında Rusiyanın roluna toxundunuz. Sizcə, bu baxımdan Rusiyanın Köçəryanla, yaxud vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı” ilə bağlı bir siyasi planı varmı?
- Robert Köçəryan Sovet dönəmində SSRİ təhlükəsizlik orqanlarının işçisi olub. Məlumdur ki, onun anası həmin dönəmlərdə birinci və ikinci katib olub. Digər yandan, birmənalı şəkildə sübut olundu ki, Köçəryanın atası azərbaycanlıdır. Yəni, onun Azərbaycana qarşı xüsusi nifrəti var. Eyni zamanda, Köçəryanda genetik olaraq azərbaycanlı qanı olduğuna görə, azərbaycanlıları necə ələ almağın lazım olduğunu bilir. Rusiya da həmişə belələrindən yararlanır. Həmişə xalqın içində olan metislərdən istifadə olunub. Təəssüf ki, Köçəryan da Azərbaycan kişilərinin gündəmə gətirdiyi metislərdən biridir və çox təhlükəli bir metisdir, məkrli bir adamdır. Buna görə, Rusiya ondan yararlanacaq.

Putinin özü belə etiraf etdi ki, Pyotr ruslara erməniləri qorumağı tapşırıb. Yəni, bu qeyri-ciddi bir məsələ deyil. Rusiya hələ də Azərbaycanla bağlı ikili standart və ikiüzlü siyasət yürüdür, hələ də Azərbaycanı öz cəngindən buraxmaq istəmir. Vəziyyət o yerə çatıb ki, 2020-ci ildə respublikaların SSRİ formatında birləşdirilməsi üçün regional münaqişələrin həlli məsələsini gündəmə gətiriblər. Artıq bu məsələ Rusiyada yüksək səviyyədə müzakirə olunur. Buna görə də, Köçəryan Rusiyanın Azərbaycanın başına vurmaq istədiyi bir “dəyənək”dir, bundan da yararlanacaq.

- Ümumiyyətlə, konkret olaraq Rusiya Azərbaycandan nə istəyir: bu istəklər Azərbaycanın Avrasiya İttifaqı və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə məhdudlaşır?
- Rusiya istəyir ki, Azərbaycan Orta Asiya respublikaları – Qırğızıstan, Tacikistan kimi Moskvaya biət etməli, Konstitusiyada dəyişiklik edib rus dilini ikinci dövlət dili kimi Konstitusiyaya salmalı, rus qoşunları ərazisinə daxil olmalı və sərhədlərini rus qoşunları qorumalıdır. Bu həm də özündə enerji resurslarının Avropa bazarına çıxmasının qarşısının alınmasına hesablanmış plandır. Yəni, Rusiya hərtərəfli olaraq Azərbaycanı istismar etmək istəyir. Buna görə də, vaxtilə Dağlıq Qarabağın işğal edilməsində aktiv rol oynayaraq, qalan ərazilərimizə də nəzarəti ələ keçirmək istəyir. 20 faiz ermənilərin vasitəsilə öz nəzarətindədirsə, indi qalan əraziləri istəyir. Rusiyaya Bakı lazımdır, bunu hələ 1723-cü ildə Pyotr demişdi və həyata keçirmişdi. 300 ildən sonra Rusiya yenə həmin iddiadadır.

Jirinovski təsadüfən demədi ki, “Rusiyanın qubernatoru ya Tiflisdə, ya da Bakıda oturacaq”. Hansı ki ötən sərin 20-ci illərində Zaqafqaziya Federasiyası qurmuşdular, indi də 2020-ci ildə bu ittifaqı yaratmaq istəyirlər. Həmin dövrdə Ermənistan vasitəsilə Azərbaycanı dağıtmışdılar, 100 ildən sonra da bu siyasəti yürüdürlər. Nə qədər ki, imperiya ambisiyasını davam etdirir, Rusiya Azərbaycandan əl çəkməyəcək. Bizim ən böyük faciəmiz budur ki, qonşumuz Rusiyadır.

- Bəs Rusiyanın Azərbaycana qarşı yönəlmiş bu gedişlərinə qarşı Qərb, yaxud ABŞ əngəlləyici faktor ola bilirmi?
- Təəssüf ki, ola bilmir. Məsələn, Avropa Krım üçün nə etdi? Beş ildir Krım işğal altındadır. Buna görə Rusiyaya tətbiq olunan sanksiyalar əks effekt verdi, sanksiyalarla bir növ Rusiyanı iqtisadi cəhətdən gücləndirdilər. dünya Bankının rəsmi hesabatında göstərilir ki, Rusiya 2025-ci ildə iqtisadi cəhətdən dünyanın inkişaf etmiş 7 ölkəsindən birinə çevriləcək. Bəlkə bu da, Amerika ilə razılaşdırılmış bir ssenaridir.

Hesab edirəm ki, burada masonların böyük xidmətləri var. Mason təşkilatı ABŞ və Rusiya arasında “gizli körpü” statusunda çıxış edir və hər ikisinin dərin dövləti masonlar tərəfindən idarə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər