12 İyun 2019 15:15
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir.

Bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

H.Akar bildirib ki, bu gün keçirilən görüşdə tərəflər mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, üç ölkənin yerləşdiyi bu region hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir:

“Bu baxımdan regionda beynəlxalq güclərin maraqlarının toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir”.

Türkiyəli nazirin sözlərinə görə, iş birliyi müdafiə, hərbi və təhlükəsizlik mövzuları ətrafında olmaqla üç ölkənin maraqlarına xidmət edir.

“Əməkdaşlıq hər il daha da möhkəmlənir və genişlənir. Mən inanıram ki, əlaqələrimiz yalnız müdafiə, hərbi və təhlükəsizlik deyil, eyni zamanda bütün sahələri əhatə edəcək. Bu əlaqələr digər ölkələr üçün də ciddi önəm daşıyacaq. Azərbaycan Müdafiə nazirinin qeyd etdiyi kimi, ölkələrimiz arasında müdafiə sahəsində imzalanan müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik"./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər